
2024-cü il ərzində hər ay 30 min nəfər Ukrayna Silahlı Qüvvələrinin sıralarına çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Economist” jurnalına müsahibəsində deyib.
Onub sözlərinə görə, beləliklə, il ərzində təxminən 360 min hərbi qulluqçu səfərbər edilib.
Zelenski əlavə edib ki, Ukraynada 3,5 min nəfərdən 5 min nəfərə qədər 110 briqada yaradılıb.
Ancaq o, Rusiyada iki dəfə çox hərbçi olduğunu bildirib.