AZ

Orxan Nəzərli: “Vergi sistemimizi daha da inkişaf etdirmək üçün səy göstəririk”

"Vergi sistemi yalnız dövlətin fiskal gəlirlərini təmin edən alət deyil, həm də ölkənin davamlı inkişafı üçün mühüm bir təşviqedici qüvvədir. Biz, hər zaman müasir texnologiyalarla, beynəlxalq təcrübələrlə və dinamik yanaşmalarla vergi sistemimizi daha da inkişaf etdirmək və hər bir vergi ödəyicisinin hüquqlarını qorumağa davam etmək üçün səy göstəririk”.

Bu sözləri “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli deyib.

“Biz çox mühüm bir dövrün içindəyik”,- deyən DVX rəisi əlavə edib ki, bu dövrdə davamlı inkişaf və effektli transformasiya yalnız dövlətin deyil, bütün cəmiyyətin və biznesin uğuru üçün vacibdir: “Dövlət Vergi Xidməti olaraq bu istiqamətdə irəliləməyi hədəfləyir və ölkəmizin dünya iqtisadiyyatında daha da güclü bir mövqeyə gətirilməsi üçün səylərimizi əsirgəməyəcəyik".

Seçilən
1
vergiler.az

1Mənbələr