Benzemaya dünyanın o biri ucundan təklif gəlib.

Offsideplus.az xəbər verir ki, Meksikanın "Monterrey Rayados" klubu ulduz futbolçunun transferini planlaşdırır. Bu barədə "TodoFichajes" məlumat yayıb.

37 yaşlı oyunçnun keçidi həll etmək yüksək maliyyə tələb etdiyi üçün komanda rəhbərliyi maddi dəstək üçün mənbələr axtarır.

Qeyd edək ki, "Monterrey" bir müddət öncə Serxio Ramosu da heyətinə qatmışdı.