Elçin Əmirbəyov İsveçdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə edib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib və bu görüşlərdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.
Bu barədə “Report” Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun “X” sosial şəbəkəsindəki hesabındakı paylaşımına istinadən xəbər verir.
Səfir qeyd edib ki, E.Əmirbəyov İsveçin xarici işlər üzrə dövlət katibi Daq Hartelius, Baş nazirin dəftərxanasının dövlət katibi Kristian Danielsson ilə görüşüb, SIPRI və SCEEUS araşdırma mərkəzlərində müzakirələr aparıb.
MƏLUMAT YENİLƏNİR
On a working visit to , Elchin Amirbayov, Representative of President on special assignments, met with State Secretary for foreign affairs Dag Hartelius, State Secretary in PM’s Office Christian Danielsson, First Deputy Speaker of the Riksdag Kenneth G. Forslund and… pic.twitter.com/cxWa0aM5lL