AZ

"İnnovasiya və Təchizat Mərkəzi" bu şirkətə 5 milyonluq sifariş verdi

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi  ilə "JBA GROUP" MMC arasında müqavilə bağlanıb.

Valyuta.az xəbər verir ki, müqavilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş avadanlıqların satın alınması ilə bağlıdır.

Tərəflər arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 5 milyon 310 min manatdır.

Qeyd edək ki, "JBA GROUP" MMC - nin qanuni təmsilçisi Süleymanov Süleyman Məmməd oğludur. Şirkət 2017-ci ilin noyabr ayında qeydiyyata alınıb. 

Sərvanə Rəmixanova

Seçilən
21
valyuta.az

1Mənbələr