AZ

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 45 % artıb

Bakı. Trend:

Ötən il Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri81 milyon dollar olub.

Trend bubarədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilinnəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 3,3 milyondollar və ya 4,2% çoxdur. Bununla yanaşı, ötən il CQBK-nin əsaslıxərclər 20 milyon dollar olub ki, bu da, illik müqayisədə 6,2milyon dollar və ya 45% çoxdur. Belə ki, 2023-cü ildə CQBK-ninəməliyyat xərcləri 77,7 milyon dollar, əsaslı xərclər isə 13,8milyon dollar olub.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismaraverilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazınıçatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG)sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayındabaşlayıb. Ötən il ərzində CQBK-nin ixrac üçün gündəlik ortaötürücülük gücü 62,8 milyon kubmetr olub.

Məqalədə:
Seçilən
3
az.trend.az

1Mənbələr