Tacikistan Ali Məhkəməsi respublikanın keçmiş xarici işlər naziri Hamroxon Zərifinin dövlət çevrilişinə cəhdə görə 27 il müddətinə azadlıqdan məhrum ediləcəyini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Tacikistan Ali Məhkəməsi məlumat yayıb.
Məlumata görə, Tacikistan Demokratik Partiyasının rəhbəri Səidcəfər Usmonzoda (27 yaş), Demokratlar Partiyasının keçmiş sədr müavini Axmadshhoh Komilzoda (18 yaş) və Tacikistan Sosial Demokrat Partiyasının sədr müavini Şokirjon Hakimov (18 yaş) da həbs cəzası alıb. Hakimovun qardaşı qızı, jurnalist Ruxşona Hakimova 8 il cəza alıb.
Bildirək ki, Zərifi 1995-1996-cı illərdə Tacikistan Xarici İşlər Nazirliyi rəhbərinin müavini, 1996-2002-ci illərdə ölkənin ATƏT və BMT strukturlarında Vyanadakı daimi nümayəndəsi , 2002-2006-cı illərdə Tacikistanın ABŞ-dəki səfiri vəzifələrində çalışıb. 2006-2013-cü illərdə Tacikistan Xarici İşlər Nazirliyinə rəhbərlik edib.