AZ

Qışın sonunda bu tərəvəzi yeyin – Sağlamlıq üçün faydalıdır

“Qışın sonunda duzlu kələm və brokoli yemək sağlamlığı qorumağa kömək edir”.

Medianews.az xəbər verir ki, bunu terapevt Şirin Orayeva deyib.

Mütəxəssis izah edib ki, qışın axırında orqanizmi C və A vitaminləri ilə təmin etmək vacibdir.

C vitamini brokoli, duzlu kələm, bişmiş kartof və qırmızı bolqar bibərində, A vitamini isə yerkökü, ispanaq, balqabaq, pomidor və şirin kartofda bol olur.

Orayeva həmçinin bağırsaqların yaxşı işləməsi üçün şüyüd, soğan, cəfəri, çuğundur yeməyə çağırıb.

Medianews.az

Seçilən
37
1
medianews.az

2Mənbələr