AZ

Azərbaycanın qeyri-neft-qaz sektoru 1% böyüyüb

Bakı. Trend:

2025-ci ilin yanvar ayında Azərbaycanda 9430,2 milyon manatlıqvə ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumidaxili məhsul istehsal olunub.

Bu barədə TrendDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər4,0 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,0 faiz artıb.

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət;nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbartəsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi vəictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalisvergilər ÜDM-in 10,8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olub.

Seçilən
0
az.trend.az

1Mənbələr