AZ

Azərbaycanda ən çox çatılan məhsullar - Bazarda hansı mallara tələb daha yüksəkdir?

Azərbaycanda istehlak bazarı daim dəyişir və bəzi məhsullara olan tələbat digər məhsullardan daha yüksəkdir. Son illərdə ölkədə ən çox satılan məhsullar sırasında ərzaq malları, məişət texnikası, elektronika və geyim məhsulları ön planda dayanır.

Ərzaq məhsulları – gündəlik tələbatın əsas hissəsi

 "Bakuinfo" bildirir kİ, Azərbaycan bazarında un, çörək, yağ, şəkər, çay, ət və süd məhsulları ən çox satılan ərzaq məhsullarıdır. Xüsusilə də idxal olunan məhsullarla yanaşı, yerli istehsalın da payı artmaqdadır.

Elektronika və məişət texnikası – telefonlar və televizorlar liderdir

İnsanların texnologiyaya marağı artdıqca smartfonlar, televizorlar, soyuducular, paltaryuyan və qabyuyan maşınlar bazarda ən çox satılan texniki avadanlıqlardan birinə çevrilib. Əsasən Samsung, iPhone, Xiaomi və Huawei brendlərinə maraq yüksəkdir.

Tikinti materialları – mənzil bazarının yüksəlişi satışları artırır

Son dövrlərdə tikinti sektorundakı aktivlik sement, armatur, boya və kafel-metlax kimi materiallara olan tələbi artırıb.

Geyim və ayaqqabılar – mövsümə uyğun satış artımı

Geyim bazarında xüsusilə idman geyimləri, palto, kurtka, ayaqqabılar və klassik kostyumlar ən çox satılan mallar sırasındadır. Qış aylarında isti geyimlərə, yayda isə daha yüngül və rahat paltar modellərinə maraq artır.

Avtomobil ehtiyat hissələri – ikinci əl bazarında yüksəliş

Son illərdə avtomobillərin sayı artdıqca, ehtiyat hissələri, yağ və filtrlər, təkərlər və akkumulyatorlar ən çox satılan məhsullardan biri olub.

Vüsal Orucov

Seçilən
13
bakuinfo.net

1Mənbələr