AZ

DGK tərəfindən bəyannamə məlumatlarının DVX-yə ötürülməsi prosesi tamamilə rəqəmsallaşdırılıb

Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Vergi Xidməti (DVX) arasında əməkdaşlıq ölkənin iqtisadi inkişafına və xarici ticarət dövriyyəsində əməliyyatların düzgünlüyünün təmin olunmasına təsir edən vacib amillərdən biridir.

Bubarədə “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda çıxış edərkən DGK sədri Şahin Bağırov deyib.

Onun sözlərinə görə, bu sahədə atılan əsas addımlardan biri gömrük bəyannamələri barədə məlumatların elektron mübadiləsinin təmin edilməsidir: “Dövlət Gömrük Komitəsi tərəfindən bəyannamə məlumatlarının Dövlət Vergi Xidmətinə ötürülməsi prosesi tamamilə rəqəmsallaşdırılıb və real vaxt rejimində həyata keçirilməsi davamlı olaraq təmin edilir. Vahid risk platforma çərçivəsində DGK və DVX arasında risk idarəetməsi sahəsində də əməkdaşlıq təmin edilib. Bu platforma riskli hesab edilən sahibkarlıq subyektləri barədə məlumatların mübadiləsini həyata keçirməklə idxal-ixrac əməliyyatları zamanı potensial risklərin vaxtında müəyyən olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, eləcə də vergi hədəflərimizin təşkil edilməsidir".

Seçilən
6
vergiler.az

1Mənbələr