Ötən il Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 81 mln. ABŞ dolları, əsaslı xərclər isə təxminən 20 mln. dollar olub, bu da illik müqayisədə müvafiq olaraq 4,2% və 45% çoxdur.
Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Hesabata əsasən, ötən il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,8 mln.kubmetr olub.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: BP (operator – 29,99%), SGC (Cənub Qaz Dəhlizi, 21,02%), LUKOIL (19,99%), TPAO (19%) and NICO (10%).