ABŞ-nin Hökumət Səmərəliliyi Departamentinin (DOGE) direktoru İlon Mask işinin çox olması səbəbindən Ağ Evdə gecələyir.
Sfera.az xəbər verir ki, bu barədə “Fox Business” məlumat yayıb.
“Mask DOGE-də çox işlədiyini və Ağ Evdəki ofisində yatdığını söyləyib”, - məlumatda qeyd olunur.
Bir mənbə “PEOPLE”a deyib ki, Mask son vaxtlar ofisindəki divanda, bəzən isə yerdə yatır.
Bildirilib ki, iş adamı rəhbər vəzifədəki fəaliyyətinə 4 ay sərf etməyi planlaşdırır. Bu müddət ərzində o, büdcəni iki trilyon dollar azaltmaq və iki faiz inflyasiyaya nail olmaq niyyətindədir.
Firuzə Əliyeva