Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp bir gün əvvəl mənalı və dərin söhbət aparıb və bu söhbət kəşfiyyat orqanlarının rəhbərləri də daxil olmaqla, işin davam etdirilməsi üçün lazımi şərait yaradıb.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin məlumat verib.
"Dünən iki ölkə prezidentləri arasında baş tutan çox mənalı və dərin məzmunlu söhbət, əlbəttə ki, idarələrin, o cümlədən təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri səviyyəsində işin davam etdirilməsi üçün lazımi şərait yaradıb. Əslində, belə bir sərəncam verilib", - o, TASS-ın sualını cavablandırarkən deyib.
Xəbər 3 dəfə oxunub.