AZ

Ulduzlarla dolu filmin nümayiş tarixi açıqlandı

Tanınmış rejissor Wes Andersonun yeni filminin nümayiş tarixi açıqlanıb.

The grand Budapest hotel” (Böyük Budapeşt Hoteli), “The Royal Tenenbaums” (Tenenbaum Ailəsi) və “Isle of Dogs“ (İtlər Adası) kimi filmləri ilə tanınan amerikalı rejissor Wes Andersonun yeni film layihəsi bəlli olub.

Kulis.az xəbər verir ki, sonuncu dəfə “Asteroid City”filminin rejissoru olan Anderson, “The Phoenician Schem” adlı filmi ilə tamaşaçı qarşısına çıxacaq. Filmin ssenarisiAndersona məxsusudur.Yeni çıxan film dünya üzrə yayım hüququ da alıb.

Filmdə bir ailə biznesinin hekayəsindən bəhs olunub.

The Phoenician Scheme” 30 may 2025-ci ildən kinoteatrda, 6 iyundan etibarən isə dünya miqyasında nümayiş olunacaq.

Qeyd edək ki, filmin aktyor heyətində Tom Hanks, Bryan Cranston, Riz Ahmed, Jeffrey Wright, Scarlett Johansson, kimi məşhur simalar yer alıb.

Seçilən
12
kulis.az

1Mənbələr