“Bank of America”nın məlumatına görə, Donald Trampın tarif siyasəti dollara mənfi təsir edə bilər.
İndex.az xəbər verir ki, BofA-nın yaydığı məlumata görə, Trampın tarifləri ilkin mərhələdə dolları bahalaşdırsa da, daha sonra mənfi təsir edərək ucuzlaşdıra bilər.
BofA-nın G-10 valyuta strategiyasının rəhbəri Athanasios Vamvakidis qeyd edib ki, dollar zəifləməyə başlasa da, ABŞ hökuməti yeritdiyi siyasətdən dönməyəcək və dollar daha da ucuzlaşacaq.