Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü digər avtomobillərə maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, 77-BU-842 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü ikinci cərgədə parklanma qaydanı kobud şəkildə pozub. 2 metr qarşıda boş yerin olmasına baxmayaraq, sürücü qaydaları pozmağı seçib.
Qeyd edək ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.
Sözügedən videonu təqdim edirik.
Fərid