Bakı, TurkicWorld
Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi səfər çərçivəsində Pakistanın paytaxtı İslamabadda Baş nazir Şahbaz Şəriflə görüşüb.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər və digər yüksək rütbəli rəsmilər iştirak ediblər.
Görüş zamanı ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə edildiyi bildirilir.