Qətərə tədbir üçün gedən türkiyəli məşhur aktyor Burak Özçivitin pərəstişkarı ilə şəkil çəkdirmək müqabilində 1 milyon dollar aldığı iddia edilib.
Publika.az xəbər verir ki, Burak Özçivit yayılan bu iddiaya səssiz qalıb.
Lakin onunla foto çəkdirən məşhur model Aynurə Daudova sözügedən iddiaları təkzib edib.
Bununla bağlı soial media hesabında açıqlama verən Daudova, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Qeyd edək ki, Aynurə Daudova “Miss Princess Of The Universe 2022” və “Miss World Next Top Model 2023” müsabiqələrinin qalibidir.