AZ

İki dəfə boşandığı həyat yoldaşı ilə sevgilidir?

Türkiyənin tanınmış müğənnisi, bəstəkar Sinan Akçıl ilə bağlı yeni iddia ortaya atılıb.

“Qafqazinfo” “A Haber”ə istinadən xəbər verir ki, iddialara əsasən, müğənni iki dəfə evlənib boşandığı həyat yoldaşı, aktrisa Burcu Kıratlı ilə barışıb.

Bu barədə jurnalist Mehmet Üstündağ “Gel konuşalım” verilişində danışıb: “Hər iki şəxsi çox yaxşı tanıyıram. Üçüncü dəfə evlənəcəklərini bilmirəm. Sinan Akçıl - Burcu Kıratlı cütlüyü yenidən bir araya gəlib”.

Qeyd edək ki, Sinan Akçıl və Burcu Kıratlı 2019-cu ilin yanvarında Amsterdamda evlənmiş, 9 aydan sonra boşanmışdılar. Daha sonra cütlük 2021-ci ilin fevralında ikinci dəfə evlənmiş, lakin aylar sonra yenidən boşanmışdılar.





Seçilən
5
3
qafqazinfo.az

4Mənbələr