AZ

Hərrac keçirildi, dollar tələbat azaldı

Bu gün Mərkəzi Bankda keçirilən valyuta hərracında dollara tələbdə ciddi azalma qeydə alınıb. 

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 36,2 milyon dollar təşkil edib və tələb tam ödənilib.

 

Qeyd edək ki, son hərraclarda dollara tələbdə azalma müşahidə olunur. Bu gün keçirilən hərracda qeydə alınan tələb bir qədər də azalıb. Əvvəlki bir neçə hərracda tələb 50-60 milyon dollar arasında dəyişirdi. Daha əvvəl isə tələb 70-80 milyon dollar həddində idi. Müqayisə göstərir ki, bugünki hərracda tələb xeyli azalıb.

 

Vasif
 
 

Seçilən
2
sfera.az

1Mənbələr