Bu çərçivədə keçiriləcək oyunlardan biri də “İmişli” – “Qəbələ” matçıdı. Heydər Əliyev adına şəhər stadionunda baş tutacaq görüş turun mərkəzi matçı olmaqla yanaşı, hər iki komanda üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, meydan sahibləri gözünü daha yüksək pillələrə dikib, qonaqlar liderliyini möhkəmləndirmək niyyətindədi.
“İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov oyunla bağlı belə dedi:
“Futbolçuları matça həm fiziki, həm də psixoloji baxımdan hazırlaşdırmışıq. Qələbə üçün meydana çıxacağıq. Qismətimizdə nə olacaqsa, onada razılaşacağıq. Futbolçuların oyuna tam hazır olduğunu düşünürəm. Çempionatın bitməsinə çox var. Qarşıda hələ 14 turumuz var. Uğurlar qarşıdadı”.
Qeyd edək ki, qarşılaşma saat 14.00-da start götürəcək.
ƏSƏD SEYİDOV