Ukrayna Ali Radasında sabiq prezident Pyotr Poroşenkoya qarşı sanksiyaların tətbiqi ilə bağlı müzakirələr zamanı dava düşüb.
Poroşenko Ukrayna Təhlükəsizlik Şurasının ona qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Deputat Yaroslav Jeleznyak özünün Telegram kanalında Poroşenkonun Avropa Həmrəyliyi Partiyasının üzvlərinin iclasın əvvəlində etiraz plakatları ilə parlament kürsüsünə gəldiyini əks etdirən video yayımlayıb. Kadrlarda onların Rada spikeri Ruslan Stefançukun ətrafına toplaşaraq mübahisə etdiyi və qışqırdığı da görünür. Bundan sonra yüngül dava düşüb.
Poroşenkonun partiyasının üzvü olan deputat Aleksey Qonçarenko (Rusiya Federasiyasının terrorçular və ekstremistlər siyahısına daxil edilib) parlament iclasının bir neçə dəqiqədən sonra yekunlaşmasınaaydınlıq gətirib:
"Radanın sessiyası açıldı. Avropa Həmrəyliyi fraksiyası posterlərlə tribunaya çıxdı. Radanın sessiyası bağlandı. Sözün əsl mənasında bir-iki dəqiqə keçdi".
Fevralın 12-də Poroşenko Ukrayna Təhlükəsizlik Şurasının ona qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. O, eyni zamanda Dövlət İstintaq Bürosuna 15 çağırış vərəqəsi verildiyindən də şikayətlənib.
Xəbər 6 dəfə oxunub.