AZ

Kabildə nazirlik binasının qarşısında terror: İçəri daxil ola bilmədi, özünü partlatdı

Əfqanıstanın paytaxtı Kabil şəhərində Şəhərsalma və Mənzil Tikintisi Nazirliyinin qarşısında kamikadze partlayış törədib...

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə radikal Taliban hərəkatının formalaşdırdığı hökumətdə Daxili İşlər Nazirliyinin nümayəndəsi Əbdül Mətin Kaneh məlumat verib.

Məlumata görə, terrorçu binaya girməyə cəhd edib, lakin təhlükəsizlik xidmətinin işçiləri tərəfindən qarşısı alınıb.

Partlayış nəticəsində ölənlər və yaralananların olub-olmadığı və dəyən ziyanla bağlı ətraflı məlumat verilməyib.

Poliqon.info

Seçilən
43
1
poliqon.info

2Mənbələr