EDİB İDDİA
Gənc həkim gün ərzində 9 saatdan çox əməliyyat etdiyi və fasiləsiz çalışdığı üçün özünə qəsd edib. Ailəsinin iddiasına görə, 26 yaşlı Şinqo Takaşima bunu həm də 3 ay ərzində bir gün də istirahət etmədiyi üçün edib. Anası Junko Takashima, deyib ki, faciəvi hadisədən əvvəl oğlu ona şikayət edərkən “işinin çox çətin olduğunu”, “heç kəsin ona kömək edə bilməyəcəyini” və “heç kimin onunla maraqlanmadığını” deyib. Həkimin çalışdığı KonanTibb Mərkəzinin rəhbərliyi keçirdiyi mətbuat konfransında bu iddiaları təkzib edib. Hökumətin əmək müfəttişliyi hadisənin uzun iş saatları səbəbindən deyil, həkimin stresə davamlı olmadığından baş verdiyi qənaətinə gəlib. Səhiyyə, Əmək və Sağlamlıq Nazirliyinin məlumatına görə, Yaponiya uzun müddətdir ki, həddindən artıq iş saatların olması ilə mübarizə aparır. Aparılan araşdırmaya görə, tam ştatlı xəstəxana həkimlərinin dörddə birindən çoxu günə 8 saat, 5 faizi 12 saata qədər, 2,3 faizi isə 14 saata qədər işləyir. Səhiyyə hesabatında isə həkimlərin 34 faizindən çoxunun gündə sadəcə 4-5 saat işlədiyi qeyd edilir.