“Bəzi qidalar, içkilər qan təzyiqini artırır. Bu, hipertoniya xəstələri üçün təhlükəlidir”.
Medianews.az xəbər verir ki, kardioloq Mariya Çaykovskaya belə deyib.
Həkim duzu, qırmızı əti hipertonik xəstələr üçün təhlükəli adlandırıb. Kardioloqun sözlərinə görə, ət konservləri, küftə və kolbasa təzyiq üçün zərərlidir, çünki tərkibində çoxlu duz, həmçinin konservantlar var.
O, əlavə edib ki, şirniyyatlar da zərərlidir: çəkini, bu da öz növbəsində qan təzyiqini artırır. Həkim spirtli içkilərin də təhlükəli olduğunu deyib.
Çaykovskaya xəbərdarlıq edib: “Alkoqol insanların əksəriyyətində qan təzyiqini dərhal artırır”.
Medianews.az