Donald Tramp və Vladimir Putin arasında görüş rusiya rublu və Moskva birjasını bahalaşdırır.
İndex.az xəbər verir ki, MOEX 6,56% dəyər qazanaraq 3220 bəndin üzərinə yüksəldiyi halda, dollara əsaslanan RTS birjası 6,56% artaraq 1079 bənddən yuxarı qalxıb.
Rusiya rublu da dollar qarşısında 2,69% dəyər qazanıb.
Rusiyanın aparıcı şirkətləri arasında “Sberbank”ın səhmləri 0,86%, “Qazprom”un səhmləri 2,9%, “Lukoyl”un səhmləri 0,33%, VTB-nin səhmləri isə 0,1% bahalaşıb.