"Ukrayna və Avropa ölkələri Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak etməlidir".
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Baerbok deyib.
"Biz Ukraynanın iştirakı olmadan danışıqlar apara bilmərik. Avropada sülh təhlükə altındadır, buna görə də biz avropalılar iştirak etməliyik", - Baerbok bildirib.