AZ

Qərbi Azərbaycanda bomba partladı: ölü və yaralılar var

Qərbi Azərbaycan əyalətinin Salmas şəhərində evlərin birində əldəqayırma bombanın partlaması nəticəsində 44 yaşlı qadın ölüb, daha 4 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzi məlumat yayıb.

Məlumata görə, yaralıların üçünün vəziyyəti ağırdır və həyatları təhlükədədir.

Seçilən
2
5
axar.az

6Mənbələr