AZ

Bakıda mənzil qiymətləri niyə "əl yandırır"? - "Vətəndaşların bunu almağa pulu olması qiyməti artırır"

Son günlər Bakıda vətəndaşlar və xüsusən alıcılar \"əl yandıran\" mənzil qiymətlərindən şikayətlənirlər.
 
Vətəndaşların şikayəti məhz paytaxtda daşınmaz əmlak bazarının gündən-günə bahalaşması və tələbin təklifi üstələməsidir.
 
Belə olan halda vətəndaşların haqlı iradı qəbulediləndirmi?
 
Bəs, Bakıda mənzillərin qiymətinin yenidən artması hansı səbəblərdən qaynaqlana bilər?
 
Eyni zamanda, yaxın gələcəkdə mənzillərin qiymətində ucuzlaşma müşahidə edilə bilərmi? 
 
Axı, Bakı dünyanın maliyyə mərkəzi deyil.
 
Məsələ ilə əlaqədar AZXEBER.COM-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yaxın gələcəkdə mənzillərin ucuzlaşması müşahidə edilmir:
 
\"Xeyr, yaxın gələcəkdə Bakıda mənzillərin ucuzlaşması gözlənilmir. Qiymət artımı hələ davam edəcək. Artımın səbəbi də budur ki, bu qiymətə alan alıcılar var. Bakıda mənzil, daşınmaz əmlak almağa tələbat var. Paytaxtda daşınmaz əmlak bazarı inkişaf edir. Vətəndaşların imkanı onu almağa çatır ki, qiymətlər də artır. Eyni zamanda Bakıda getdikcə daşınmaz əmlakın, o cümlədən yeni binaların tikintisinin xərci də artır. Çünki tikinti materialların da durmadan qiyməti artır. İkincisi, torpağın qiyməti kəskin bahalaşır\".
 
İqtisadçı hesab edir ki, mənzillərin qiymətinin günbəgün artmasının əsl səbəbi alıcının pul verib əmlakı almasıdır:
 
\"Mənzil üçün tikinti əraziləri yox səviyyəsindədir. Üçüncüsü isə tikintinin özbaşına standartdan kənar tikintisinə icazə verilmir. Ciddi surətdə tikinti standartları izlənilir, qorunur. Bu standartların izlənməsinə tikintinin maya dəyərini qaldırır. Demək, torpağın bahalaşması, tikinti üçün yararlı torpaq sahəsinin Bakının mərkəzində getdikcə yoxa çıxması, şəhərsalma qaydalarına ciddi nəzarət edilməsi və vətəndaşların bunu almağa pulu olması qiyməti artırıb və artıracaq\".
 
Mikayıl Mirzəzadə
Seçilən
5
1
azxeber.com

2Mənbələr