AZ

Rektor: Kollec təhsilinin müasir tələblərə uyğun qurulması istiqamətində ilkin addımlar atılacaq

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Sosial-İqtisadi, Maliyyə-İqtisad və Qida Sənayesi kolleclərində keçirilmiş qış imtahan sessiyasının monitorinqinə dair hesabatlar dinlənilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor professor Ədalət Muradov kolleclərdə genişmiqyaslı islahatların aparılmasının vacibliyini vurğulayaraq, ölkədə kollec təhsilinin müasir tələblərə uyğun qurulması istiqamətində İqtisad Universitetinin ilkin addımlar atacağını qeyd edib.

Sonra prorektorların rəhbərliyi ilə təsdiqlənmiş işçi qrupu tərəfindən kolleclərdə aparılmış monitorinqlərin nəticələri təqdim olunub. Hesabatda kolleclərdə keçirilən imtahanlarda şəffaflıq və obyektivliyin təmin edildiyi bildirilib. Həmçinin sessiya dövründə apellyasiya komissiyasının fəaliyyət göstərdiyi və “Açıq qapı” günlərinin təşkil olunduğu qeyd edilib.

Hesabatların dinlənilməsindən sonra kolleclərdə imtahanların təşkilinin daha da təkmilləşdirilməsi məqsədilə müzakirələr aparılıb.

Seçilən
2
1
azertag.az

2Mənbələr