AZ

"Barselona" Fliklə müqavilənin uzadılması üçün şərtini açıqladı

"Barselona"nın idman direktoru Deku komandanın baş məşqçisi Hans-Diter Fliklə müqavilənin uzadılması şərtlərini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano klub funksionerinin dediklərini belə çatdırıb: 

"Hər şey belə davam edərsə, müqavilənin uzadılması üzərində işə başlayacağıq". 

Xatırladaq ki, Flik 2024-cü il iyulun 1-dən kataloniyalıların baş məşqçisidir. Alman mütəxəssisin müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

"Barselona" 23 turdan sonra İspaniya La Liqasının turnir cədvəlində 48 xalla üçüncü pillədə qərarlaşıb. Komanda bu mövsüm Flikin rəhbərliyi altında 36 matça çıxıb və bunun 17-də üç və ya daha çox top fərqi ilə qalib gəlib.

Mirağa

Seçilən
5
fanat.az

1Mənbələr