AZ

Ən çox qazanan idmançılar - SİYAHI

2024-cü ildə ən çox qazanan idmançılar bəlli olub.

İdman.biz xəbər verir ki, siyahını “Sportico” açıqlayıb.

Cədvələ Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı futbolçu il ərzində 260 milyon dollar qazanıb.

“Top-10”da beş futbolçu, iki boksçu və eyni sayda basketbolçu yer alıb. Qolf “onluq”da bir nəfərlə təmsil olunub.

1. Kriştiano Ronaldo (futbol) - 260 milyon dollar
2. Stef Karri (basketbol) - 153,8 milyon dollar
3. Tayson Fyuri (boks) - 147 milyon dollar
4. Lionel Messi (futbol) - 135 milyon dollar
5. Lebron Ceyms (basketbol) - 133,2 milyon dollar
6. Neymar (futbol) - 133 milyon dollar
7. Aleksandr Usik (boks) — 122 milyon dollar
8. Kərim Benzema (futbol) - 116 milyon dollar
9. Kilian Mbappe (futbol) - 110 milyon dollar
10. Con Rahm (qolf) - 105,8 milyon dollar

Qeyd edək ki, qadın idmançılar arasında ən çox qazanan Kori Qauff 30,4 milyon dollar əldə edib. Tennisçi ümumi siyahıda 125-cidir.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr