İspaniya hökuməti ötən ilin oktyabrında ölkənin şərq bölgəsində baş verən fəlakətli daşqınlardan zərər çəkmiş 25 minə yaxın əcnəbiyə bir illik yaşamaq və işləmək icazəsi verəcək.
XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, İspaniya Nazirlər Kabineti tərəfindən təsdiqlənən tədbir, Valensiya bölgəsində, daşqınlardan təsirlənən onlarla şəhərdə evsiz qalanlar üçün sənədləşmə işlərini asanlaşdıracaq.
Qeyd edək ki, hökumət 29 oktyabrda 227 nəfərin ölümünə və saysız-hesabsız ev və müəssisələrin dağılmasına səbəb olan təbii fəlakətdən sonra böyük bərpa və yenidənqurma işlərinə başlayıb.
Aylin
XəzərNews.az
Xəbər 3 dəfə oxunub.