AZ

Velosiped zolağı ilə hərəkət edən bahalı avtomobilin sahibi CƏRİMƏLƏNDİ - VİDEO

Sürücülərin lyuks avtomobillə paytaxt küçələrində qaydaları pozması halları artıq adiləşib.

Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda son dövrlərdə istifadəyə evrilən velosiped zolağı sürücü tərəfindən zəbt edilib.

Belə ki, 28 May küçəsində hərəkət edən 10-NY-090 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yalnız velosiped və skuterlərin hərəkəti üçün nəzərdə tutulan zolaqda hərəkət edərək bu növ nəqliyyat vasitələri üçün təhlükə yaradıb.

Redaksiyamızın əldə etdiyi məlumata əsasən, sürücü artıq qanunamüvafiq olaraq 100 manat və əlavə olaraq 2 balla cərimələnib.

Səfər

Seçilən
2
avtosfer.az

1Mənbələr