AZ

Azərbaycan "Sputnik Azərbaycan" və "BBC"nin redaksiyalarının işində tənzimləmələr edəcək

Bakı. Trend:

Azərbaycanda "Sputnik-Azərbaycan" və "BBC News Azərbaycanca"redaksiyalarının işinə tənzimləmələr ediləcək.

Bu barədə Trend-ə məlumatlı mənbə xəbər verib.

"Qərar, Azərbaycan dövlət nəşrlərinin xaricdə və xaricijurnalistlərin ölkəmizdə fəaliyyət göstərdiyi şəraitdə tarazlığıbərpa etmək məqsədilə qəbul edilib. "Sputnik-Azərbaycan"ın Bakıdaçalışan jurnalistlərinin sayı, AZƏRTAC dövlət agentliyininRusiyadakı jurnalistlərinin sayına bərabər olacaq. Yəni hazırkıvəziyyətə görə bu say 1 müxbirə endiriləcək", - mənbə bildirib.

Mənbə əlavə edib ki, eyni paritet yanaşma "BBC Azərbaycanca"yada tətbiq ediləcək.

Seçilən
21
6
az.trend.az

7Mənbələr