![](https://www.nuh.az/uploads/posts/2025-02/thumbs/big_1739439309_icrobt.jpeg)
Salyan rayonu Sarvan kəndinin bir qrup fermerləri öz şikayətlərini ictimailəşdirmək üçün Hurriyyet TV yə müraciət ediblər.
Onlar iddia edirlər ki,fermerlərin icarəsində olan dövlət sot torpaq sahələrini Salyan rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov tərəfindən əllərindən alınır.fermerlərin dediklərinə görə,Rüstəm Xəlilov onları məcbur edir ki, Asan xidmətə gedərək, həmin icarəyə götürülmüş torpaqlardan imtina etsinlər.Maraqlisı odur ki,bir icra başçısı fermerlərin icarə torpaqlarını almağa niyə bu qədər israrlı olsun ki? Onun hansı maraqları var ? Əgər heyvandarliğin inkişafı üçün örüş torpaqlarının sayının daha da artması vacib sayılırsa, o zaman nədən fermerlərin torpaqları əllərindən alınır? Bu heyvandarliğin inkişafına çox böyük ziyan vurur.Fermerlər onu da qeyd edirlər ki,onlara verilən müqavilələrinin icarə müddəti hələ bitməyib Şikayətçilər onu da əlavə edirlər ki,Salyan rayon icra başçısı tərəfindən onlara hədə qorxu gəlinərək,torpaqlar alınıb həmin kənddə salınan Aqroparkin ərazisinə qatılmasını tələb edilib.Dəyərli tamaşaçılar,, bəs siz bilirsinizmi ki,bu Aqroparkin sahibi kimdir ? Aqroparkin sahibi Penitensiar Xidmətin Sabiq rəisi Ceyhun Həsənovdur.Ceyhun Həsənov bu qədər torpağı neynir ? Bu qədər fermer torpağınin taleyini necə həll edəcək ssy[10:58, 2025-02-13] Reportyor Vüska: Bizi bir məsələ də düşündürür.Qeyri neft sektoru kimi pambıqçılığın inkişafı üçün örüş sahələrindən istifadə edilməsi üçün Salyan rayon keçmiş icra başçısı seçilmiş Tahir Kərimli sərəncam veribsə, növbəti dəfə Salyan rayon icra başçısı olmuş Sevindik hətəmov örüş sahələrində pambıqçılığı inkişaf etdiribsə, bunun bədəlini niyə fermerlər ödəməlidirlər ki? Hal hazırda da pambıq əkilməyən, illərdi iri və xırdabuynuzlu heyvanlarını otarilması üçün istifadə olunan ferma torpaqları niyə başçı və penitensiar xidmətin sabiq rəisi tərəfindən mənimsənilməlidir ki? Qarabağımızda torpaqlarımızı işğaldan azad edə bildik, ancaq regionlarda fermerlərin icarəyə götürdükləri torpaqları işgal edən məmurlarla hansı qanunlarla danışaq ? Bəs bu torpaqlar nə zaman işgaldan azad olacaq ?