AZ

Kramarenko karyerasını bitirə bilər: “Alınmasa, başqa sahədə davam edəcəm”

“İndi bərpa olunuram”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lala deyib.

Bədii gimnastika üzrə Rusiya yığmasının lideri zədə ilə bağlı əməliyyatdan sonrakı durumuna aydınlıq gətirib. O bildirib ki, gələcək karyerası bərpa prosesindən asılıdır: “Vəziyyətimlə bağlı irəliləyişin necə olacağına baxacağıq ki, necə bərpa olunuram. Əgər bərpa olsam, yenidən idmançı kimi yarışlara qatılacam. Əgər alınmasa, başqa sahədə davam edəcəm”.

Qeyd edək ki, Kramarenko 2021-ci ildə komandalararası Avropa çempionatının qalibi olub.

İdman.biz

Seçilən
21
idman.biz

1Mənbələr