AZ

İspaniyada Azərbaycan və Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair konfrans keçirilib

 Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Kral Xuan Karlos Universitetinin birgə təşkilatçılığı ilə İspaniyada Azərbaycan və Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair konfrans keçirilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, qurumun şöbə müdiri Vasif Hüseynov Cənubi Qafqazda müasir geosiyasi düzənin tarixi kökləri və Ermənistan-Azərbaycan sülh prosesi haqqında danışıb.

Üçüncü tərəfin regional məsələlərə müdaxiləsinin zərərli təsirlərinə diqqət çəkən Vasif Hüseynov bununla da İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra yaranmış əməkdaşlıq imkanlarının vacibliyini vurğulayıb.

BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycanın iqtisadi inkişafı, enerji strategiyaları, xüsusilə yaşıl keçid gündəliyi barədə təqdimatla çıxış edib.

Seçilən
0
2
missiya.az

3Mənbələr