Rusiya və ABŞ prezidentləri Putin və Tramp öz köməkçilərinə dərhal sammit görüşü üzərində işə başlamağı tapşırıblar.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, həmçinin bildirib ki, Rusiya və ABŞ prezidentləri telefon danışığında Krımın və Sevastopolun, həmçinin Donbass və Novorossiyanın tanınması məsələsini qaldırmayıblar.
Peskov həmçinin qeyd edib ki, Ukraynada mümkün danışıqlar prosesinin formatı barədə anlayış yoxdur və Avropanın orada iştirakından danışmaq tezdir.