ABŞ prezidenti Donald Trampın yanvar ayında inauqurasiya ərəfəsində təqdim etdiyi "OFFICIAL TRUMP" kriptovalyutası kəskin bahalaşıb.
Valyuta.az bu barədə investing.com-a istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 12:30-da memekoinin qiyməti 11,83% artaraq 17,07 dollara çatıb. Bu dinamika Tramp və Rusiya prezidenti Vladimir Putin arasında hər iki tərəfin məhsuldar hesab etdiyi uzunmüddətli telefon danışığı xəbərləri ilə əlaqələndirilir.
Yanvarın 19-da Trampın andiçmə mərasimi ərəfəsində "Axios" xəbər verib ki, Vaşinqtonda seçilmiş prezidentin kriptovalyuta sənayesinin nümayəndələri üçün keçirdiyi "Kriptovalyuta topu" ilə eyni vaxta təsadüf edən "OFFICIAL TRUMP" kriptovalyutasının gözlənilməz təqdmtı sensasiyaya səbəb olub. "Yeganə rəsmi Trump memecoin" kimi yerləşdirilən sikkənin dəyərinin bir gecədə 600%-dən çox artaraq təxminən 32 dollara çatdığı vurğulanıb. "OFFICIAL TRUMP"un bazar kapitallaşması 32 milyard dollardan çox qiymətləndirilir.
Fevralın 12-də Putinlə Tramp arasında telefon danışığı olub. İki lider arasında söhbət təxminən saat yarım davam edib. Prezidentlər razılaşıblar ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır. Putin qeyd edib ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar. Eyni zamanda, Rusiya lideri “münaqişənin əsas səbəblərini aradan qaldırmağın” tərəfdarı olduğunu bildirib və amerikalı həmkarının ABŞ və Rusiyanın birgə işləmək vaxtının yetişməsi tezisini dəstəkləyib.
Paşa Məmmədli