Son günlər paytaxtda taksi tapmaq çətinləşib. Sərnişinlər bəzən yarım saatdan çox gözlədiklərini deyirlər.
Məsələ ilə bağlı “Xəbər Ertəsi”nin qaynar xəttinə də müraciət edilib. FOTO
Paytaxt sakinləri arasında apardığımız sorğu zamanı da bəzi sərnişinlər taksilərin fəaliyyətindən gileylənirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov taksilərin gecikməsinin səbəblərini yolların tıxac olmasında və taksi sayının təlabata uyğun olmamasında görür. O, bu problemlərin yeni qərarlarla əlaqəli olduğunu deyir.
Ekspert həmçinin taksi sayının əhalinin idarə etdiyi nəqliyyat vasitələrinin 15 faizini təşkil etməli olduğunu vurğulayır. O, ölkəmizdə hazırda taksi sayının bu göstəriciyə yaxın olduğunu, ancaq tam olaraq 15 faizini təşkil etmədiyini bildirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.