UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlərin adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, qurumun rəsmi saytı 4 futbolçunu namizəd göstərib.
Bu ada “Real Madrid”dən Vinisius Junior, “Feyenoord”dan İqor Payşao, Dortmund “Borussiya”sından Seru Qirassi və “Benfika”dan Vangelis Pavlidis namizəddir.
"Real Madrid"in vingeri Vinisius "Mançester Siti" ilə matçda (3:2) qələbə qoluna assistentlik edib.
"Benfika"nın hücumçusu Pavlidis "Monako" ilə oyunda (1:0) qələbə qolunu vurub.
"Borussiya Dortmund"un forvardı Qirassi"Sportinq"lə matçda (3:0) həm qol vurub, həm də məhsuldar ötürmə edib.
"Feyenoord"un yarımmüdafiəçisi İqor Payşao isə "Milan"la oyunda (1:0) qələbə qolunu vurub.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.