13:53 13.02.2025
13:53 13.02.2025
Tayvanın Tayçunq şəhərində iri molların birində qaz partlayışı nəticəsində azı 5 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Mynews.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, partlayış binanın 12-ci mərtəbəsində - tikintinin davam etdiyi sahədə baş verib. “Tayçunq Şin Konq” molunun qida bölməsinin yerləşdiyi 12-ci mərtəbəsi tikinti işləri ilə əlaqədar bağlanmışdı.
Partlayışın aşağı mərtəbələrə də təsir etdiyi bildirilir.