AZ

"Dövlət qurumlarında çalışanların sayının azalması tendensiyası davam edəcək" - Ekspert

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanda dövlət qurumlarında çalışan işçilərin sayının azalmasının bir neçə əsas səbəbi var. Məsələn, son illər dövlət qurumlarında bəzi xidmətlər rəqəmsallaşdırılıb. Dövlət xidmətlərinin elektronlaşdırılması və avtomatlaşdırılması nəticəsində bəzi vəzifələrə ehtiyac azalıb. İdarəetmə sahəsində aparılan islahatlar da işçilərin sayına təsir göstərir. Belə ki, dövlət idarəetmə sistemində aparılan islahatlar çərçivəsində bəzi qurumların birləşdirilməsi və ya ləğvi, struktur dəyişiklikləri və optimallaşdırma tədbirləri işçi sayının azalmasına səbəb olur".

Bu fikirləri Hafta.az-a açıqlamasında  iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyib.

Onun sözlərinə görə, bəzi dövlət müəssisələrinin özəlləşdirilməsi və ya xidmətlərin özəl sektora ötürülməsi həmin sahələrdə çalışan dövlət işçilərinin də sayını azaldır: "Bu məsələdə digər vacib məqam büdcə məhdudiyyətləri və qənaət tədbirləridir. Dövlət xərclərinin optimallaşdırılması məqsədilə bəzi vəzifələr ixtisar edilir və ya vakant yerlər doldurulmur”.

Ekspert vurğulayıb ki, bəzi hallarda dövlət qurumunda çalışan işçilərə özəl sektorda daha yüksək əməkhaqqı təklif edildiyindən onlar dövlət sektorunu tərk edirlər: “Yəni, əmək bazarının dinamikası vəziyyətə birbaşa təsir göstərir. Özəl sektorda daha yüksək əməkhaqqı və karyera imkanları səbəbindən bəzi işçilər dövlət sektorundan özəl sektora keçməyi üstün tuturlar. Bütün bu amillər ümumi şəkildə dövlət qurumlarında çalışan işçilərin sayının azalmasına təsir göstərir. Bu tendensiya gələcəkdə də davam edəcək”.

Seçilən
21
hafta.az

1Mənbələr