AZ

İki uşağının biləklərini kəsərək öldürən ananın İLK İFADƏSİ: “Məni izləyirdilər…” – FOTO

Türkiyənin paytaxtı Ankarada dəhşətli hadisə baş verib.

Medianews.az xəbər verir ki, psixoloji problemləri olduğu iddia edilən qadın iki uşağını öldürüb.

Serpil Altınok Dereci evdə olan övladları Afra Sümeyye Dereci, fiziki qüsurlu Muhammet Ali Dereci və A.B.D.-nin biləklərini bıçaqla kəsib. Afra Sümeyye və Muhammet Ali hadisə yerindəcə həyatını itirib, A.B.D isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Hazırda onun vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Ana Serpil Altınok hadisədən sonra saxlanılaraq məhkəməyə göndərilib. Ana ilkin ifadəsində kiminsə onu izlədiyini və təhdid etdiyini söyləyib.

Uşaqların atası Mehmet Dereci isə həyat yoldaşının psixoloji problemlərinin olduğunu deyib: “Mən ondan müalicə olunmağını istədim, amma qəbul etmədi. Son iki aydır məni izləyirlər, bizi öldürəcəklər deyirdi. Hadisədən bir gün əvvəl onu xəstəxanaya aparacaqdıq, amma yetişə bilmədik”.

Faktla bağlı araşdırmalar davam edir.

Medianews.az

Anne Serpil Altınok Dereci

İki çocuğunu bileklerini keserek katleden annenin ilk ifadesi

İki çocuğunu bileklerini keserek katleden annenin ilk ifadesi

 

Seçilən
0
medianews.az

1Mənbələr