Mövsümün sonunda "Qalatasaray"dan ayrılacağı gözlənilən Fernando Musleranın yerinə qapıçı axtarışına çıxan "sarı-qırmızılar" Yunanıstana üz tutub.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngi "Olimpiakos"un "çərçivəsi"ni qoruyan Konstantinos Tzolakisi transfer etməyi planlaşdırır. Bu barədə "Sportime" məlumat yayıb.
"Cim-Bom"un yay "transfer pəncərəsi"ndə 22 yaşlı qolkiperə təklif göndərəcəyi qeyd olunub.
Konstantinosun hazırda klubu ilə 2027-ci ilə qədər müqaviləsi mövcuddur.
Xatırladaq ki, "Qalatasaray"ın daha öncə Berke Özer ilə də maraqlandığı bildirilirdi.