Bakıda futbol məşqçiləri üçün UEFA-nın C kateqoriyalı kurslarının II mərhələsi keçirilir. 

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, kurslar Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunub. Məşğələlərə təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyev rəhbərlik edirlər.

C kateqoriyalı kursların II mərhələsi fevralın 14-dək davam edəcək.Kursun üçüncü modulu 25-28 fevral, dördüncü mərhələsi isə 10-15 martda olacaq.