![Parlaq](https://ulusum.az/uploads/posts/2025-02/a3a77be935_depositphotos_13548983_xl-2015-pic905-895x505-10969.webp)
Alimlər müəyyən ediblər ki, parlaq rəngli meyvə və tərəvəzlərdə olan flavonoidlər təbii antidepressant təsir göstərir. Xüsusilə, narıncı və qırmızı qidalar—portağal, yerkökü, çiyələk və qırmızı bibər—beyində serotonin və dopamin istehsalını artıraraq əhval-ruhiyyəni yüksəldir.Tədqiqatçılar flavonoidlərin stressi azaltmaq və depressiya simptomlarını yüngülləşdirməkdə effektiv olduğunu bildirirlər. Bu maddələr beyində iltihab proseslərini azaldır və sinir hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.Mütəxəssislər gündəlik rasiona daha çox rəngarəng meyvə və tərəvəz daxil etməyi tövsiyə edirlər, çünki bu, həm psixi sağlamlıq, həm də ümumi rifah üçün faydalıdır.Səidə
Diqqət Çəkənlər
Akula hücumlarının sayı kəskin azalıb
Azərbaycan Ermənistandan tam təzminat tələb edir
Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib