AZ

Şəhid Bəxtiyar Aslanovun xatirəsi anılıb

44 günlük Vətən Müharibəsi zamanı şəhadətə ucalmış Şəhid Bəxtiyar Aslanovun ölümündən dörd il ötür.

Anım tədbirində ŞİH-nin başçısı, ŞPŞ-nin rəisi, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri ilə birlikdə şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Anım tədbirində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb.

Prezident-ordu-xalq birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyi, ədalətin bərpa olunduğu, Şanlı Zəfər gününün tariximizə qızıl hərflərlə yazıldığı bildirilib.

Aslanov Bəxtiyar İlqar oğlu ölümündən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Seçilən
11
naftalan-ih.gov.az

1Mənbələr